İcra başçısı hadisədən danışdı:   “Dərhal nəzarətə götürülüb”

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı hadisədən danışdı: “Dərhal nəzarətə götürülüb”

Hadisə

23 Noyabr 2025 11:40 579


“Hadisə bu gün səhər saatlarında baş verib. 60 mənzilli, 6 bloklu 5 mərtəbəli binadır. İkinci blokun birinci mərtəbəsində döşəmə çöküb və 3 nəfər yüngül xəsarət alıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Goranboy Rayon İcra Hakimiyyətini başçısı Məhərrəm Quliyev deyib.

O bildirib ki, səhər saatlarından rayonun bütün rəhbər şəxsləri, Fövqəladə Hallar Komissiyası, hüquq-mühafizə orqanları ərazidədir: pizza

“Hadisə dərhal nəzarətə götürülüb. Binadan 60 ailə təxliyə olunub. Onlar üçün qida və isti yer təşkil olunub. Binanın çökmə səbəbi görünür ki, mərtəbənin bünövrəsindən qaynaqlanan problemdir. Bu barədə ilkin nəsə deyə bilmərik. Komissiya iş aparır”.

M.Quliyev xəsarət alanların vəziyyətinin yaxşı olduğunu bildirib:

“Hadisə ilə bağlı FHN və Nazirlər Kabinetinə rəsmi məlumat verilib. İnsanlar evukuasiya olunub. Xəsarət alan 3 nəfərin isə hazırda vəziyyəti yaxşıdır. Onlara ilkin tibbi yardım göstərilib. Həmçinin bu istiqamətdə orada yaşayan insanların hesabatı aparılır”.

İcra başçısı evakuasiya olanların bu gün evinə qayıda bilməyəcəyini deyib:

“Binada daimi və kirayə yaşayan şəxslər var. Hər birinin hesabatı götürülüb. Bundan sonrakı mərhələdə Nazirlər Kabinetinin və Fövqəladə Hallar Nazirliyinin qərarına uyğun insanların sonrakı vəziyyəti ilə bağlı qərar qəbul olunacaq. Ümumi vəziyyət nəzarətdədir. Hər hansı narahatlıq yoxdur. Çox güman bu gün orada yaşayan insanlar müvəqqəti olaraq evinə qayıda bilməyəcək. Bəzilərinin yaxın qohumları varsa köçürüləcək. Yoxdursa, dövlət vətəndaşının yanındadır”. (Qafqazinfo)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!