Sentyabrın 29-da Azərbaycanın bir sıra bölgələrində güclü külək əsəcək.
"Yeni Sabah" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.
Xəbərdarlığa əsasən, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala və Salyanda şərq küləyi əsəcək. ShopByBro
Küləyin sürətinin saniyədə 13.9-20.7 metr təşkil edəcəyi gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız