Türkiyəli müğənni Hadisə konsert zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı İstanbulda baş tutan konserti zamanı pərəstişkarları ilə söhbət edib.
Dörd bacı-qardaşdan ibarət ailədə böyüyən Hadisə əvvəllər gələcəkdə çoxuşaqlı ailəsinin olmasını istədiyini deyib. O, illər əvvəl “Neçə övladınızın olmasını istəyirsiniz?” sualına 6 cavabını verdiyini xatırladıb. Dominos pizza
40 yaşlı müğənni hazırda fikrinin dəyişdiyini və bu suala fərqli cavab verdiyini bildirib.
“Əvvəllər 6 deyirdim, indi 1 deyirəm”, – Hadisə qeyd edib.
Müğənninin bu sözləri konsertdə onu dinləyənlər tərəfindən maraqla qarşılanıb. Hadisə qısa söhbətdən sonra çıxışını davam etdirib.
Aydan Hacı
Telegram kanalımız