İcra başçısının həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının həbs müddəti uzadıldı

Kriminal

31 Avqust 2026 11:07 88


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib. pizza sifarişi

Sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!