Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
"Yeni Sabah" xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.
Məhkəmənin qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilib. Dördpendirli pizza
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, bu barədə ilk olaraq “ölkə.az” məlumat yayıb.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Telegram kanalımız