Azərbaycan ilə Tunis arasında xarici ticarət əlaqələrində kəskin artım qeydə alınıb.
“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin ümumi dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə yüksələrək 229,8 milyon dolları keçib.
Müvafiq dövrdə Azərbaycanın qlobal xarici ticarət tərəfdaşlığı coğrafiyasında Tunislə aparılan əməliyyatların xüsusi çəkisi 0,78 faizə bərabər olub. Pepperoni pizza
Telegram kanalımız