“Gələn il ərzaq və qeyri-ərzaq qiymətləri daha da artacaq, inflyasiya yüksələcək – əhaliyə ödənişlərlə yanaşı yerli istehsal, idxalın həcmi, rəqabət də artmalıdır ki, inflyasiya maaş-təqaüd artımını yeyib-bitirməsin”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, vətəndaşların rifahı real gəlirlər artanda yüksəlir, nominal artım gündəlik dolanışığa təsir etmir:
“Bu qızıl qaydadır. Vətəndaşlarımızın rifahı real gəlirlər artanda yüksəlir, nominal artım gündəlik dolanışığa təsir etmir. Dominos pizza
Əlbəttə ki, maaş-təqaüd-müavinət artımı çox müsbət xəbərdir, təki daha çox artsın, amma, pararlel olaraq iqtisadi aktivlik, rəqabət, istehsal da artmalıdır ki, vətəndaş bu dəyişikliklərə ürəkdən sevinsin...”
Nazim Hacıyev
Telegram kanalımız