İranda benzinin qiyməti iki dəfə bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

İranda benzinin qiyməti iki dəfə bahalaşdı

İqtisadiyyat

08 Sentyabr 2026 08:30 538


İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə artırıb. Belə ki, bu tarif çərçivəsində benzinin 1 litrinin qiyməti 50 min rialdan 100 min riala yüksəldilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sentyabrın 8-də İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Eyni zamanda, benzinin ilk iki tarif üzrə qiymətində dəyişiklik edilməyib. Həmin tariflər üzrə 1 litr benzinin qiyməti müvafiq olaraq 15 min və 30 min rial olaraq qalır. pizza

Yeni qiymət artımı yanacaq kartında nəzərdə tutulan bütün limitlərdən istifadə edildikdən sonra tətbiq olunan üçüncü tarifə aiddir. Əvvəllər bu tarif üzrə benzinin 1 litri 50 min riala satılırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!