"İran ehtimal olunan yeni hücum halında ABŞ üçün yeni texnika və silah növləri də daxil olmaqla, müxtəlif gözlənilməz variantlar hazırlayıb".
"Yeni Sabah" xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.
"Əgər ABŞ yenidən səhvə yol verərək ölkəmizə hücum edərsə, şübhəsiz ki, gözlənilməz vəziyyətlərlə üzləşəcək. Bu variantlar daha müasir və fərqli hərbi texnikanı, yeni müharibə strategiyalarını və ən əsası isə tamamilə yeni sferaları əhatə edəcək", - deyə M.Əkrəminiya agentliyə müsahibəsində bildirib. pizza mizza
Onun görə, əgər hərbi toqquşma yeni sahələrə keçərsə, Tehran "düşməni qəfil yaxalamağa" müvəffəq olacaq. O iddia edir ki, Vaşinqton hadisələrin bu cür inkişafını əvvəlcədən təxmin etmək iqtidarında deyil./Oxu.az
Telegram kanalımız