Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Rusiya Federasiyasına tranzit daşınan “şaftalı” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkar ediblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılaraq gömrük nəzarətinə cəlb edilib. Dördpendirli pizza
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Yoxlama zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan baxış nəticəsində gömrük nəzarətindən gizlədilən 104 ədəd “şaftalı” formalı qablaşdırmadan xalis çəkisi 51 kiloqram 906 qram olan narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız