İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.
Belə ki, "Niva" və "Hunday" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Toyuqlu pizza
Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Telegram kanalımız