İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə bağlı mühüm qərar qəbul edib. Qurum təcrübəli mütəxəssislə yeni 4 mövsümlük müqavilə imzalayaraq əməkdaşlığın müddətini uzadıb.
“Yeni Sabah” xəbər verir ki, Federasiya rəhbərliyi de la Fuentenin rəhbərliyi altında komandanın göstərdiyi yüksək nəticələri və sabit oyunu nəzərə alaraq ona olan etimadı tam şəkildə nümayiş etdirib. Yeni müqavilə şərtlərinə əsasən, 63 yaşlı mütəxəssis qarşıdakı böyük turnirlərdə də "Qırmızı Furiyanı" meydana çıxaracaq.
Luis de la Fuente rəhbərlik etdiyi dövr ərzində İspaniya millisini ardıcıl uğurlara daşıyaraq həm Avropa, həm də dünya futbolunda yenidən zirvəyə yüksəldib. Federasiyanın bu addımı komandadakı sabitliyi və uzunmüddətli inkişaf strategiyasını qorumaq məqsədi daşıyır. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız