İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Siyasət

01 İyun 2026 10:20 87


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləyib.

"Yeni Sabah" xəbər verir ki, 4009 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 4003 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsində itkin düşmüş şəxslərdir. Sezar pizza

I Qarabağ müharibəsində itkin düşən 4003 nəfərdən 3221 nəfəri hərbçilər, 782 (71 uşaq, 288 qadın, 319 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3714 nəfər kişi, 289 nəfər isə qadındır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 226 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!