Kabarda-Balkar dağlarında uçqun: Ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Kabarda-Balkar dağlarında uçqun: Ölənlərin sayı artdı

Dünya

11 Sentyabr 2026 00:26 71


Xilasedicilər Kabarda-Balkarın Bezengi dərəsində uçqun altında qalan daha bir alpinistin meyitini tapıblar. Bununla da həlak olanların ümumi sayı 15 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Daha iki alpinist haqqında hələ də heç bir məlumat yoxdur. Bu gün tapılan meyit helikopterlə Nalçikə təxliyə edilib və hüquq-mühafizə orqanlarına təhvil verilib. pizza mizza

Axtarış-xilasetmə işləri Bakı vaxtı ilə saat 20:00-dək davam edib. Hava şəraitinin pisləşməsi və qar-buz kütləsinin uçması təhlükəsi səbəbindən işlər dayandırılıb.

Xilasedicilər itkin düşən alpinistlərin axtarışını sentyabrın 11-də davam etdirəcəklər.

Alpinistlər qrupu sentyabrın 6-da Mijirgi dağının yamacından gələn qar uçqununun altında qalıb. Qrupda ümumilikdə 33 nəfər olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!