“Karaca”nın Azərbaycandakı təmsilçisi CƏRİMƏLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Karaca”nın Azərbaycandakı təmsilçisi CƏRİMƏLƏNDİ

Sosial

08 Oktyabr 2026 14:56 81


“Evfemiya” MMC maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən MMC-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilərək müvafiq sənədlərlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İnzibati xəta haqqında protokolda qeyd olunub ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etməyib. Bu hərəkət İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilib.  pizza mizza

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Evfemiya” MMC həmin inzibati xətanı törətməkdə təqsirli bilinib və şirkətə 1500 manat məbləğində inzibati cərimə tətbiq edilib. 

Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan “Evfemiya” MMC-nin direktoru İsmayılov Gəncəli İsmayıl oğlu apellyasiya şikayəti verib. O, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.

Şikayətdə göstərilib ki, Nəsimi Rayon Məhkəməsi iş üçün əhəmiyyətli halları tam və obyektiv araşdırmayıb. Həmçinin inzibati məsuliyyətə cəlbetmə müddətinin keçib-keçmədiyi müəyyən edilməyib, eləcə də “Evfemiya” MMC-nin müvafiq maliyyə hesabatını dərc etmək öhdəliyi daşıyan subyektlər sırasına aid olması lazımi qaydada sübuta yetirilməyib.

Şirkətin mövqeyinə görə, bu hallar qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına təsir göstərdiyindən qərar ləğv edilməli, iş üzrə icraata isə xitam verilməlidir.

Məhkəmə iclasında Maliyyə Nazirliyinin nümayəndəsi şikayətin dəlillərini əsassız hesab edib. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, “Evfemiya” MMC-nin şikayət təmin edilməyib, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Beləliklə, şirkətə 1 500 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qüvvədə qalıb.

Qeyd edək ki, “Evfemiya” Azərbaycanda ev və mətbəx məhsulları sektorunda fəaliyyət göstərən mağazalar şəbəkəsidir. Şirkət xüsusilə Türkiyənin məşhur “Karaca” və “Karaca Home” brendlərinin rəsmi pərakəndə satış təmsilçisi kimi tanınır.

Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi İsmayılov Gəncəli İsmayıl oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!