Keçmiş əməkdaş “PAŞA Kapital“dan narazıdır: Məhkəməyə üz tutdu

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş əməkdaş “PAŞA Kapital“dan narazıdır: Məhkəməyə üz tutdu

İqtisadiyyat

09 İyul 2026 15:40 63


Cəmi 1 il işlədiyim amma 3 ildir ki, müştərisi olduğum "PAŞA kapital investisiya şirkəti" məni xeyli məyus etdi.

Plat.az xəbər verir ki, bunu 2023-2024-cü illərdə şirkətdə Baş hüquq mütəxəssisi, korporativ katib vəzifələrində çalışmış Rüfət Abdulla öz sosial şəbəkə hesabında bildirib.

R.Abdulla şirkətdən narazılığının səbəbini bu cür açıqlayıb: pizza mizza

"Marja ticarətində müştərisi olduğum üçün sevimli valyuta cütlüyüm üzrə bir neçə il idi ki, ticarət aparırdım. Amma bu bazardır - qiymət qalxa da bilər, düşə də bilər. Hələ keçən ilin avqustunda aldığım bəzi aktivlər üzrə qiymətlər ən aşağı olan dövrdə şirkət sürpiz elədi - həmin vaxtacan müsbət olan svopu əvvəlcədən də bir məlumat vermədən ikiqat mənfi elədi. Yəni ki, qiymətin mənim üçün məqbul olacağını gözlədiyim bütün müddət üçün məndən əlavə haqq alınacaqdır. Bu barədə nə əvvəlcədən məlumat verilmişdi nə də dəyişiklik üçün bazar şərtləri var idi - şirkət bunu sadəcə "risklərin artması" ilə izah eləyir. Müraciət etdikdə rəhbərliyi "zərərin daha da böyüməmiş bağla" cavabını verdi. Bunu edən kimi başa düşdüyünüz kimi zərərim avtomatik şirkətin gəlirinə çevrilir.

Əlqərəz, Azərbaycan Mərkəzi Bankına online 30 apreldə şikayət etdim, həftədə bir dəfə soruşurdum statusu haqqında, deyirdilər əlavə araşdırma tələb olunur, bütün müddətləri pozaraq axır ki, 6 iyulda cavab verdilər. Sözbəsöz PAŞA Kapitalın mayın 12-si mənə və Mərkəzi Banka göndərdiyi imtina cavabını yazıb göndəriblər".

"Müştəriyə əvvəl sərfəli şərtlər təklif edib əməliyyatı açmaq, ən ağır şəraitdə birtərəfli qaydada dəyişib onu mövqelərini zərərlə bağlamaq yumşaq desək ədalətsizdir", - deyə R.Abdulla vurğulayıb.

O, hüquqlarının qorunması üçün məhkəməyə müraciət etdiyini qeyd edib:

"Amma deyəsən ikinci prosesə də başlamalı olacam - Mərkəzi Banka "apardığın əlavə araşdırmanın" materiallarını təqdim etməyi xahiş etdikdə imtina etdilər. Cavabın ən gülməli ifadəsi isə "qanunvericilikdə xüsusi tənzimləmənin olmamağı" oldu mənim üçün. Sanki Rüfət Abdulla evində oturub qanunvericilik tənzimləməsi hazırlamalıdır?!...

Nə isə, bu təcrübə göstərdi ki, ən azından özünüzə xidmət şirkəti seçəndə elə seçin ki, inzibati və məhkəmə orqanlarında minimal da olsa hüquqlarınızı qorumaq imkanınız olsun, requlyator özü şirkətin dediyi ilə oturub durmasın".

Qeyd edək ki, R.Abdulla "PAŞA kapital investisiya şirkəti"ndən sonra 2024-2025-ci illərdə "Unibank" ASC, 2025-ci ildə isə "Qala həyat" ASC sığorta şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün deyək ki, "PAŞA kapital investisiya şirkəti" 2012-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 300 min manat, baş icraçı direktoru isə İsi Mustafayevdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!