Keçmiş səfir: Pakistanlı general İranın etimadını qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş səfir: Pakistanlı general İranın etimadını qazanıb

Dünya

23 Aprel 2026 13:40 85


"Feldmarşal Asim Munirin vasitəçilikdəki rolu həlledici idi".

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İranın AZərbaycandakı keçmiş səfiri, hazırda Prezident Aparatında Protokol şöbəsinin rəhbəri Abbas Musəvi bildirib.

"Ən yüksək hərbi rütbəsi, habelə ABŞ ilə yaxşı münasibətləri var və şiə olduğu üçün İranda yüksək səviyyədə etimad qazanıb", - deyə o əlavə edib.

Xatırlatma: Pakistanın ordusunun Baş Qərargah rəisi Asim Munir ABŞ-İran münaqişəsində Baş nazir Şahbaz ŞƏriflə bərabər, vasitəçilərdən biri kimi çxış edir. Bu çərçivədə o, Tehrana səfər edib.

Hazırda Pakistanda ABŞ-İran danışıqlarının ikinci mərhələsi üçün hazırlıqlar gedir.

Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərliyi ilə İslamabadda ABŞ nümayəndələri ilə ilk danışıqlar baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!