Kaliforniyada güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Kaliforniyada güclü zəlzələ oldu

Dünya

21 Noyabr 2026 00:58 45


Kaliforniyanın cənubundakı Los-Anceles dairəsində 4,2 bal gücündə zəlzələ baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.

Yeraltı təkanlar yerli vaxtla saat 03:25-də qeydə alınıb. Episentr Los-Anceles dairəsindəki Kommers şəhərindən təxminən 1 km şimal-qərbdə olub. Zəlzələ ocağı 15,45 km dərinlikdə yerləşib. Sərfəli qiymətə məhsullar

Zəlzələnin maqnitudası əvvəlcə 4,2 olaraq qiymətləndirilib, daha sonra 4,4-ə yüksəldilib, sonra yenidən 4,2-yə endirilib. Zəlzələ Kaliforniyanın cənubundakı qonşu şəhərlərdə də hiss olunub. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!