Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib. ShopByBro
Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb./Oxu.az
Telegram kanalımız