Keyn Ronaldunu geridə qoydu

saytların hazırlanması

Evə çatdırılma

Keyn Ronaldunu geridə qoydu

İdman

28 İyun 2026 16:16 69


İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn Portuqaliya yığmasının və "Ən-Nəsr"in forvardı Kriştianu Ronaldunun bir mövsümdə klub və milli komandada vurduğu qolların sayına görə rekordunu geridə qoyub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

DÇ-2026-da Panama millisi ilə keçirilən oyunda vurduğu qol İngiltərə millisinin kapitanı üçün 2025/2026 mövsümündə 70-ci qol olub. Marqarita pizza

Bununla da Harri Keyn Kriştianu Ronaldunun 2011/2012 mövsümündə "Real Madrid" və Portuqaliya millisinin heyətində vurduğu 69 qolluq göstəricini geridə qoyaraq yeni rekord müəyyənləşdirib.

XXI əsrdə bir mövsüm ərzində klub və milli komanda səviyyəsində vurulan qolların sayına görə rekord isə "Barselona"nın sabiq hücumçusu, Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur. O, 2011/2012 mövsümündə ümumilikdə 82 qol vurub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!