Məşhur fast-fud şəbəkəsi KFC ABŞ bazarındakı iştirakını ciddi şəkildə azaldıb.
“Yeni Sabah” "Local Falcon" təhlil şirkətinə istinadən xəbər verir ki, brend 2025-ci ilin iyulundan 2026-cı ilin iyulunadək olan dövrdə ABŞ üzrə 312 restoranını fəaliyyətini yekunlaşdıraraq bağlayıb.
Rəsmi məlumatların və xəritə göstəricilərinin müqayisəsi nəticəsində məlum olub ki, KFC-nin ABŞ-dəki ümumi obyektlərinin sayı bir il ərzində 7,6% azalıb. Ən çox bağlama halları Kaliforniya (44 restoran), Teksas (34 restoran) və Ohayo (18 restoran) ştatlarında qeydə alınıb. Şəbəkənin reytinqi də rəqibləri ilə müqayisədə aşağı düşərək 5 üzərindən ortalama 3,42 xal təşkil edib. pizza mizza
ABŞ-dəki kiçilməyə baxmayaraq, KFC-nin ana şirkəti olan "Yum! Brands" qlobal şəbəkəsini genişləndirməkdə davam edir. Şirkətin ümumi restoran sayı illik müqayisədə 7% artıb. Brend ilin ilk rübündə 55 ölkədə 660 yeni filial açıb ki, bu da şirkətin əsas diqqətini beynəlxalq bazarlara yönəltdiyini göstərir.
Eyni zamanda, müştəriləri geri cəlb etmək üçün KFC əvvəllər menyudan çıxardığı məşhur "Popcorn Chicken Nuggets" məhsulunu yenidən məhdud müddətə satışa çıxarıb. Ekspertlər bildirir ki, şirkət üçün əsas sınaq ABŞ bazarında istehlakçı marağını və restaraon iqtisadiyyatını yenidən bərpa etməkdən ibarətdir.
Telegram kanalımız