Komitə Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadının işini nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Komitə Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qadının işini nəzarətə götürdü

Sosial

30 Sentyabr 2026 16:13 88


Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatları rəsmi qurumlar nəzarətə götürüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı artıq iki şəxs məhkəmə qərarı ilə həbs edilib, digər iki nəfərin isə axtarışı davam etdirilir.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. Sezar pizza

Komitə rəsmisi qadınlara qarşı zorakılığın bütün formalarını qətiyyətlə pislədiklərini bildirib:

"Məsələ ilə bağlı Dövlət Komitəsi olaraq Pakistanın Azərbaycandakı səfirliyi ilə əlaqədəyik. Hazırda araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır.

İndi əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir. Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək.

Eyni zamanda, media və sosial şəbəkə istifadəçilərini bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!