Komitə sədri idarə rəisini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri idarə rəisini işdən çıxardı

Sosial

29 Sentyabr 2026 14:57 183


Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub. pizza hut

O, 2008-ci ildən həmin vəzifədə işləyirdi.

Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb.

Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb. Hazırda Zaqatala ilə yanaşı Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur, Culfa rayon və Mingəçevir şəhər statistika idarələrinin rəisi yoxdur./Ölkə.az/


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!