“Kral klubu” müdafiə xəttini gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

“Kral klubu” müdafiə xəttini gücləndirir

İdman

06 Oktyabr 2026 09:26 71


İspaniyanın "Real Madrid" klubu müdafiə xəttini gücləndirmək məqsədilə transfer bazarlarındakı axtarışlarını davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, Madrid təmsilçisinin skaut heyəti "Bayer Leverkuzen" forması geyinən gənc müdafiəçi Karel Kuansanı yaxından izləməyə başlayıb.

İngiltərəli futbolçunun potensialını və mövcud oyun səviyyəsini yüksək qiymətləndirən "Kral klubu" rəhbərliyi 23 yaşlı mərkəz müdafiəçisini heyəti möhkəmləndirmək üçün ən uyğun namizədlərdən biri kimi görür. Dominos pizza

Almaniya təmsilçisində nümayiş etdirdiyi etibarlı oyunu ilə diqqət çəkən Kuansanın mütəmadi olaraq izlənildiyi və Madrid klubunun yaxın transfer pəncərəsində rəsmi təkliflə çıxış edə biləcəyi vurğulanır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!