Kreml: Brüssel görüşünü bəyanatdan sonra qiymətləndirəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Kreml: Brüssel görüşünü bəyanatdan sonra qiymətləndirəcəyik

Dünya

05 Aprel 2024 14:43 746


Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında aparılan danışıqların nəticələrini yalnız Yerevanın bu məsələ ilə bağlı rəsmi açıqlamalarından sonra dəyərləndirə biləcək.

Yenisabah.az RIA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Biz bu görüşün tam gündəliyini hələ bilmirik, baxmayaraq ki, müəyyən mesajlar var”, - deyə Kreml sözçüsü bildirib.

O, “erməni tərəfinin transatlantik inteqrasiya mövzusunu müzakirə etmək niyyətində olduqlarına dair bəzi bəyanatlarını” gözləməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!