“Kriminal avtoritet” pulla titul satırmış
03 İyn 2020 11:45
1267

“Kriminal avtoritet” pulla titul satırmış

Ermənistanda özünü kriminal avtoritet kimi təqdim edən 52 yaşlı yerli sakin “Oğru dünyası”na rəğbəti olan gəncləri aldadıb. 

Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, həmin şəxs gənclərə pul müqabilində kriminal iyerarxiyaya aid olan titullar verirmiş. Bu əməliyyatı virtual qaydada həyata keçirən “avtoritet” evinin zirsəmisini həbsxana kamerasına çevirib. 

Onun yaxınları isə nüfuzlu məhkum rolunu oynayıb. Müxtəlif kriminal titullar almaq istəyən gənclər bu şəxslə Skype vasitəsilə əlaqə saxlaylıblar. O, isə “həbsxana”dan həmin gəncləri “taclandırırmış”. Bildirilir ki, gənclər 100 dollar müqabilində “düzgün oğlan”, 500 dollar müqabilində “stremyaqa”(“Oğru dünyasının” ən yüksək pilləsinə can atan) titulları alırmış. “Oğru dünyası”nın ən ali titulu olan “Oğru” titulu üçün 5000 dollar ödəmək lazım imiş.

Gəncləri aldadan “avtoritet” həmçinin pul müqabilində lazımi şəxsi aşağılayıcı damğa da vururmuş. Məsələn, ona 200-700 dollar pul verib kiməsə “krısa” (məhkum yoldaşlarından oğurluq edənlərə verilən “ad”) damğası vurmaq olurmuş. 

Qondarma avtoritetin qurbanları əsasən rusiyalı gənclər, Kuban, Krım və Şimal Qafqazda yaşayanlar olub.

 

Oxşar xəbərlər