Sentyabrın 30-da Kürdəmir şəhərində keçirilən məclisdə iştirak edən 92 nəfər qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Yeni Sabah"a bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektində hazırlanan qidalardan nümunələr götürülüb və müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri prosessual hərəkətlər də həyata keçirilir. Marqarita pizza
Xəstəxanaya müraciət edən şəxslərə zəruri ilkin tibbi yardım göstərilib. Onlar ambulator nəzarətə götürülərək evə buraxılıblar.
Aytac Əliyeva
Telegram kanalımız