“Barselona”nın 19 yaşlı ulduzu Lamin Yamal İspaniya La Liqasının VII turunda “Sevilya” üzərində qazanılan 3:1 hesablı qələbədə növbəti tarixi göstəriciyə imza atıb.
“Yeni Sabah” beynəlxalq mətbuata istinadən xəbər verir ki, qarşılaşmada iki məhsuldar ötürmə edən Yamal “Barselona”nın heyətində bütün turnirlər üzrə assistlərinin sayını 51-ə çatdırıb.
Opta statistikasına əsasən, Yamal 50-ci assistini 19 yaş 68 günlüyündə edib. Bununla da o, ən azı 2013/14 mövsümündən etibarən La Liqada 50 məhsuldar ötürmə həddinə çatan ən gənc futbolçu olub. pizza
Bundan əvvəl rekord “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniora məxsus idi. O, 50-ci assistini 2023-cü ilin mayında 22 yaş 298 günlüyündə qeydə almışdı.
Yamal “Sevilya” ilə oyunda hər iki assistini Raphinhaya edib. Braziliyalı futbolçu isə het-trik edərək “Barselona”nın 3:1 hesablı qələbəsini təmin edib.
Beləliklə, Yamal “Barselona”nın əsas komandasında 159 rəsmi oyunda 51 assistə çatıb. Bununla yanaşı, onun Kataloniya klubunun heyətində 57 qolu da var.
Telegram kanalımız