“Facebook” sosial şəbəkəsinin məşhur "AZBank klubu" qrupunda müraciət edən Leyla Nəsirova adlı “LeoBank” müştərisi, kart hesabından onun xəbəri və iştirakı olmadan vəsait silindiyini bildirib.
Şikayətçinin sözlərinə görə, "Azza" mağazalar şəbəkəsində hər hansı alış-veriş etmədiyi halda, bank tərəfindən hesabından pul çıxarılıb. Daha sonra tətbiq üzərindən bankın müştəri xidmətləri əməliyyatın səhvən icra olunduğunu etiraf edib.
Şikayətçi bankın sistemindəki texniki nasazlığa və təhlükəsizlik boşluğuna kəskin etirazını bildirib. pizza sifarişi
Qeyd edək ki, bu “LeoBank”la bağlı ilk belə şikayət deyil. Son vaxtlar sözügedən bankla bağlı analoji şikayətlərin sayı xeyli çoxdur.
Nazim Hacıyev
Telegram kanalımız