“Leobank”dan şikayət: Vətəndaşın kart hesabından əsassız pul tutulur

saytların hazırlanması

Evə çatdırılma

“Leobank”dan şikayət: Vətəndaşın kart hesabından əsassız pul tutulur

Sosial

06 Oktyabr 2026 13:40 82


Mirza Səmədli adlı "Facebook" istifadəçi "Leobank"ın kart sistemi vasitəsilə ictimai nəqliyyatda həyata keçirilən ödənişlərin fəaliyyətindən ciddi narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, onun iddiasına görə, marşrut avtobusundan istifadə etmədiyi halda onun kart hesabından əsassız olaraq vəsait tutulur. Dəstək xidməti isə bu tutulmaları "əvvəlki gedişlərin gecikmiş ödənişi" kimi əsaslandırmağa çalışır.

Şikayətçi əvvəlki ödənişlərin vaxtında tutulduğunu vurğulayaraq, problem yarandıqda "WhatsApp" dəstək xəttinin vətəndaşları pullu qaynar xəttə (4343) yönləndirməsindən narazı qalıb. Kiçik məbləğlərə görə əlavə zəng xərcləri çəkmək məcburiyyətində qalan istifadəçi, texniki nasazlıqlar və müştəri xidmətinin qeyri-effektiv fəaliyyəti səbəbindən "Leobank"ın nəqliyyat kart sisteminin fəaliyyətinə hüquqi müstəvidə baxılmasının vacibliyini diqqətə çatdırıb. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!