Litva səfirindən Qurban Qurbanova dəstək

saytların hazırlanması

Evə çatdırılma

Litva səfirindən Qurban Qurbanova dəstək

İdman

29 Avqust 2026 12:46 95


Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviç “Qarabağ” və komandanın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, diplomat "X" sosial şəbəkə hesabında Ağdam təmsilçisinin “Tvente”yə son məğlubiyyətinin klubun illər ərzində qazandığı uğurlara kölgə sala bilməyəcəyini bildirib.

O, Qurban Qurbanovun Azərbaycan futboluna verdiyi töhfəni xüsusi vurğulayıb: Dominos pizza

“Qarabağ” üçün qələbə ilə nəticələnməsə də, bir nəticə bu komandanın qazandıqlarını heç vaxt kiçildə bilməz. “Qarabağ”a və uzun illər ərzində rəhbərliyi ilə unudulmaz Avropa qələbələri qazandıran, Azərbaycanın futbol mədəniyyətinə fövqəladə töhfə verən baş məşqçisi Qurban Qurbanova böyük hörmət. Belə irs daim yaşayır”.

Səfir paylaşımına Qurban Qurbanovun fotosunu da əlavə edib.

Xatırladaq ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-offf mərhələsində “Tvente”yə (Niderland) uduzaq mübarizəni başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!