“Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq” - Ayxan Abbasov

saytların hazırlanması

Evə çatdırılma

“Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq” - Ayxan Abbasov

İdman

27 Sentyabr 2026 20:12 107


Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litvaya qarşı keçirdikləri qarşılaşmanı dəyərləndirib: Dördpendirli pizza

"Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq.

Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək".

Mütəxəssis hədəfin qrupda 1-ci yeri tutmaq olduğunu vurğulayıb: "Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik.

Milli üzvlərində özünəinam formalaşıb. Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!