“Liverpul” keçmiş ulduzunu geri qaytarır

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul” keçmiş ulduzunu geri qaytarır

İdman

17 Sentyabr 2026 12:43 86


İngiltərənin "Liverpul" klubu keçmiş futbolçusu Trend Aleksander-Aronoldu rənglərinə bağlamaq variantını nəzərdən keçirir. Hazırda İspaniya nəhəngi "Real Madrid"in şərəfini qoruyan 27 yaşlı müdafiəçinin doğma klubuna sürpriz qayıdışı ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, ingilis cinah müdafiəçisi üçün Madriddə işlər gözlənilən kimi getmir. 2025-ci ilin yayında azad agent kimi "Kral klubu"na transfer olunan futbolçunun "Real Madrid"lə müqavilə müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub. Lakin o, İspaniya təmsilçisində əsas heyətdə möhkəmlənə bilməyib. İngilis futbolçu cari mövsümdə La Liqada keçirilən 6 qarşılaşmanın yalnız 2-də meydana start heyətində çıxıb.

Rəqabətdə geridə qalan və oyun praktikasının azlığından narazı olan 27 yaşlı oyunçunun vəziyyəti "Liverpul" rəhbərliyinin diqqətini cəlb edib. Mersisaydlılar müdafiə xəttini gücləndirmək üçün keçmiş yetirmələrini yenidən heyətə qatğmağı istisna etmirlər. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!