Dünyanın ən iri lüks brendlərini birləşdirən “LVMH” konqlomeratının səhmləri Avropa birjalarında mövqeyini möhkəmləndirib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkətin müsbət maliyyə hesabatları və bazardakı dayanıqlı mövqeyi bu artımda mühüm rol oynayıb.
Qrup üzvi böyüməsini və mənfəət göstəricilərini yüksəldərkən, xüsusən Amerika və Asiya regionunda alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda səhmlərin hazırkı qiymətinin real potensialından aşağı olması diqqət çəkir. pizza mizza
“Louis Vuitton”, “Dior” və “Tiffany” kimi məşhur markaları çətiri altında toplayan nəhəng imperiya son ticarət sessiyasını 0,8 faizlik artımla bağlayaraq 528,40 dollar səviyyəsinə çatıb. Həmin gün Avropanın ümumi “STOXX 600” indeksi sabit qalsa da, lüks mallar seqmenti bütövlükdə 1,2 faiz irəliləyib.
Holdinqin birinci yarımillik maliyyə nəticələri də bərpa prosesinin başladığını göstərir. İlk 6 ayda 38,6 milyard avro gəlir əldə edən “LVMH” ikinci rübdə 3 faizlik daxili artım nümayiş etdirib. Əməliyyat mənfəəti 8,7 milyard avroya çatıb, rentabellik göstəricisi 22,5 faiz təşkil edib. Yekun xalis mənfəət isə 5,7 milyard avroda sabitləşib.
Sözügedən sahədə canlanma daha çox ABŞ və Yaponiyadan kənar Asiya ölkələrində özünü büruzə verir. Analitiklərin “GF Value” (ədalətli dəyər) hesablamalarına əsasən, “LVMH” səhmlərinin hədəf qiyməti 681,75 dollar müəyyən edilib. Hazırkı qiymətlər bu göstəricidən 22,49 faiz ucuzdur ki, bu da sektordakı müsbət dinamikanın davam edəcəyi təqdirdə investorlar üçün cəlbedici fürsət deməkdir.
Bununla belə, ekspertlər hesab edir ki, birjalar lüks bazarındakı bu dirçəlişi hələ tam qiymətləndirməyib. Qeydə alınan artımın daimi trendə çevrilməsi üçün şirkət xüsusilə geyim və dəri məhsulları bölməsindəki yüksək tələbatı sabit artıma çevirməlidir.
Cəlalə
Telegram kanalımız