Magistral yolda zəncirvari qəza -   5 avtomobil toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Magistral yolda zəncirvari qəza - 5 avtomobil toqquşdu

Kriminal

02 Aprel 2021 12:07 841


Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2 "VAZ 2107", 1 "Hyundai", 1 "BMW" markalı minik avtomobilləri və 1"TİR" markalı yük maşını toqquşub. Hadisə nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyal Sahib oğlu Əliyev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. (APA)              Pepperoni pizza

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!