Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

saytların hazırlanması

Evə çatdırılma

Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

İdman

27 Sentyabr 2026 13:19 79


Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub. Sentyabrın 26-da FİDE-nin yeni prezidenti müəyyənləşib. Qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.

Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib. pizza mizza

Qeyd edək ki, AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!