Sentyabrın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, ümumi nominal dəyəri 200 milyon manat olan istiqraz buraxılışı hər birinin nominalı 100 manat təşkil edən 2 milyon ədəd qiymətli kağızdan ibarətdir. Tədavül müddəti 720 gün (2 il) müəyyənləşdirilən istiqrazların illik kupon dərəcəsi 6%-dir. Nizamnaməyə uyğun olaraq, kupon ödənişlərinin 2027 və 2028-ci illərin mart və sentyabr aylarında həyata keçirilməsi, əsas məbləğin isə 2028-ci il sentyabrın 15-də ödənilməsi nəzərdə tutulur.
Hərracın şərtlərinə əsasən, qeyri-rəqabətli sifarişlərin qəbulu ümumi buraxılışın maksimum 20%-i həcmində məhdudlaşdırılır. Sifarişlərin həcmi çıxarılan istiqrazların 20%-dən az olarsa, Emitent (Maliyyə Nazirliyi) həmin müraciətləri təmin etməmək hüququnu özündə saxlayır. Pepperoni pizza
Bununla yanaşı, bazarda tələb təklifi üstələyərsə və təklif olunan qiymət nazirliyi qane edərsə, satınalmaya çıxarılan istiqrazların həcmi 100%-dək artırıla bilər.
Telegram kanalımız