Masazırda saatlardır işıq yoxdur - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Masazırda saatlardır işıq yoxdur - SƏBƏB

Sosial

26 Sentyabr 2026 14:41 110


Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarından elektrik enerjisinin verilişində fasilə yaranıb.

"Yeni Sabah" xəbər verir ki, gecə saat 04:00 radələrində ərazidə uzun məsafəli yeraltı elektrik kabelində qəza baş verib.

Hazırda "Azərişıq" ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər görülür. Məsafənin uzun olması səbəbindən proses mərhələli şəkildə aparılır. Toyuqlu pizza

Xəbərə görə, elektrik enerjisinin verilişinin bu gün saat 16 radələrində bərpa olunması gözlənilir.

Sözügedən qəza Masazır qəsəbəsinin Əliağa Vahid, General Həzi Aslanov, Nizami, Rafiq Dünyamalıyev və Hüseyn Cavid küçələrini, eləcə də ətraf əraziləri əhatə edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!