"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını Yunanıstanda davam etdirə bilər.
"Yeni Sabah" istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun "Olimpiakos"un maraq dairəsində olduğu bildirilir.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur. Yunanıstan klubu İkardini maliyyə şərtlərinə razı sala bilsə, onunla 1+1 illik müqavilə imzalayacaq. pizza
Qeyd edək ki, İkardi karyerası ərzində "Sampdoriya", "İnter", PSJ və "Qalatasaray"ın formasını geyinib./Oxu.az
Telegram kanalımız