Məcburi köçkünlərin elektron bazasındakı məlumatlar yenilənəcək

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərin elektron bazasındakı məlumatlar yenilənəcək

Sosial

29 Sentyabr 2026 17:05 90


Məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə Regional idarəetmə və status şöbəsinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclasda bildirilib.

Tədbirdə qurumun yerli bölmə və nümayəndəliklərinin rəhbərlərinə işin səmərəli qurulması, fəaliyyətin günün tələblərinə uygun təşkili istiqamətində zəruri tələb və tövsiyələr çatdırılıb. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb, məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb. Toyuqlu pizza

İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, keçmiş məcburi köçkünlər arasında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışla bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin mütəmadi davam etdirilməsinə dair göstəriş verilib.

Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən müasir infrastruktur layihələri, Böyük Qayıdışın mərhələləri, məskunlaşma qrafiki və növbəlilik prinsipləri barədə sakinlərə dövri və rəsmi məlumatların mütəmadi olaraq çatdırılması üçün müvafiq materialların hazırlanması tapşırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!