Səhiyyə Nazirliyinin “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi tibb müəssisələrinin laboratoriya təchizatının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, laboratoriya tədqiqatları və müayinələrinin aparılması üçün reagentlərin, reaktivlərin, testlərin, eləcə də laborator sərfiyyat mallarının satın alınması “SEM-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 milyon 52 min 746 manat təşkil edir. Toyuqlu pizza
Qeyd edək ki, sözügedən gömrük qanunvericiliyini pozduğuna görə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron formada verilməməsi) inzibati xəta protokolu tərtib edilib. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində baxılan bu iş üzrə şirkəti 1500 manat məbləğində cərimə gözləyir.
Telegram kanalımız