30 Sentyabr - 00:47
“Mən doğrudan da xəcalət çəkirəm...” 

“Mən doğrudan da xəcalət çəkirəm...” 

Mədəniyyət

15 Avqust 2022 14:38 2407


“Xaricdə aktyor hansısa filmə rol alırsa, bu, xüsusən baş roldursa, həmin aktyora böyük məbləğdə vəsait verilir. Aktyor bütün ağır rollara dublyorsuz, kaskadyorsuz çəkilirsə və buna görə kifayət qədər artıq pul alırsa, bu təbii ki, aktyoru yaşadır, üstəlik həmin film şöhrət qazanırsa, bu aktyorun yeni bir zirvəsi hesab edilir. Yəni, onlar illərlə gözləmir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Report”a  müsahibəsi zamanı deyib.

Azərbaycanda sənətçilərə göstərilən qayğıdan danışan aktrisa ölkədə bir çox həmkarına diqqət göstərildiyini bildirib:

“Baxırsan ki, onlar kiminsə illərlə gözlədiyini bir neçə aya, yaxud bir neçə günə əldə edir. Hər elin bir adəti olduğu kimi qərbdə də belə bir adət var. Təbii ki, qərbin özünəməxsus çox gözəl zövqü, çox gözəl aktyorları mövcuddur. Amma bizdə qayğı korifeylərə göstərilir. Bunun üçün Prezident mükafatı, Prezident təqaüdü, əmək pensiyaları və s. var. Bilirsiniz, bunlarla aktyor, sənət adamı çox xoşbəxt olur. 

Mən bir şeyi vurğulamaq istəyirəm ki, hər kəs öz yerini tanımalıdır. Mən sadaladığım mükafatları istəyən aktyorlarda da günah görmürəm. Çünki bizim indi elə Xalq artistlərimiz, elə Prezident təqaüdçülərimiz var ki, mən şəxsən utanıram ki, o adam səhnədədir. İstər cəmiyyətdə özünü aparmağı, istər dünyagörüşü, istərsə də danışıq qabiliyyətindən adam xəcalət çəkir. Mən doğrudan da xəcalət çəkirəm və deyirəm ki, bəs bütün bunları istəyən ortayaşlı, yaxud yaşlılar neyləsin?! Belə adamları görüb onlar da istəyir. Düşünür ki, onda var məndə niyə olmasın?! Aktyor yaşa dolduqca səhnədən getmək istəmir. İstəyir ki, o həmişə diqqət mərkəzində olsun”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!