“Mənim üçün Canni İnfantino dövrü çoxdan geridə qalıb”

saytların hazırlanması

Evə çatdırılma

“Mənim üçün Canni İnfantino dövrü çoxdan geridə qalıb”

İdman

10 Avqust 2026 17:55 86


La Liqa prezidenti Xavyer Tebas FIFA rəhbəri Canni İnfantinonun futbolun mahiyyətini məhv etdiyini bildirib.

“Yeni Sabah” La Monde-a istinadla xəbər verir ki, o, qeyd edib:

“Mənim üçün Canni İnfantino dövrü çoxdan geridə qalıb. Bunu son hadisələrə görə demirəm. Bu idarəetmə tərzini uzun müddətdir hiss edirəm, baxmayaraq ki, başqaları onu yalnız indi kəşf edirlər. Toyuqlu pizza

Canni İnfantino futbolun inkişafına kömək edə biləcək insan deyil. Əksinə, onun layihələri bu idman növünün mahiyyətini - milli liqaları məhv edir. Futbol yalnız elita ilə məhdudlaşmır.

Baş verənlər məni təəccübləndirmir. Məni təəccübləndirən illərdir səssiz qalan bir çox insanın reaksiyasıdır.

FIFA-da real idarəetmə yoxdur. Problem tək bir şəxslə məhdudlaşmır, bu, bütün sistemlə bağlıdır. Köhnə sistem insanlar dəyişsə belə, davam edə bilər. Ümid edək ki, işlər həqiqətən də yoluna düşəcək, yeni bir lider ortaya çıxacaq və FİFA-da yeni rəhbərlik qurulacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!