Tədiyə balansının cari əməliyyatlar hesabındakı profisit və maliyyə sistemində desaytizasiyanın (dedollarlaşma) davam etməsi valyuta bazarında təklifin tələbi üstələməsinə şərait yaradıb.
“Yeni Sabah” Mərkəzi Banka istinadən xəbər verir ki, yaranmış şərait fonunda AMB avqust ayı ərzində bazardan 1,5 milyard dollar məbləğində alış yönlü müdaxilə reallaşdırıb. Nəticədə, ilin əvvəlindən bəri Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar (33%) artaraq 15,3 milyard dollarla tarixi zirvəyə çatıb.
Regulyatordan bildirilib ki, bazarda tarazlığı qorumaq üçün ehtiyac yarandıqda toplanmış xarici valyuta vəsaitlərinin bir hissəsi və ya tamamı yenidən satışa çıxarıla bilər. Makroiqtisadi sabitliyin təmin olunması məqsədilə valyuta hərraclarında alış və ya satış əməliyyatları davam etdirildikcə ictimaiyyətə əlavə məlumat veriləcək. Dördpendirli pizza
Telegram kanalımız