Meşə yanğınları Türkiyəni cənginə aldı

saytların hazırlanması

Evə çatdırılma

Meşə yanğınları Türkiyəni cənginə aldı

Hadisə

11 Sentyabr 2026 09:24 84


Türkiyənin Antalya şəhərində başlayan meşə yanğını 4 gündür davam edir.

 “Yeni Sabah” xəbər verir ki, yanğın sentyabrın 7-də Aksu rayonunda başlayıb. Güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb və yaşayış məntəqələrinə yaxınlaşıb.

 Yanğınla əlaqədar 720 nəfər təxliyə edilib, 254 ev boşaldılıb. Dördpendirli pizza

 Alovun söndürülməsi üçün təyyarə və helikopterlər, çoxlu sayda yanğınsöndürən maşın və mindən çox əməkdaş cəlb olunub.

 Hazırda yanğın böyük ölçüdə nəzarətə götürülüb. Ərazidə soyutma işləri davam etdirilir.

 Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!