Depay komandasını məhkəməyə verir

saytların hazırlanması

Evə çatdırılma

Depay komandasını məhkəməyə verir

İdman

12 Avqust 2026 12:09 63


Braziliyanın "Korintians" klubundan ayrılan niderlandlı hücumçu Memfis Depay keçmiş komandası ilə məhkəmə müstəvisində üz-üzə gəlməyə hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, Niderland millisinin futbolçusu maliyyə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən Braziliya təmsilçisinə qarşı hüquqi proses başlatmaq qərarına gəlib.

Münaqişənin əsas səbəbi San-Paulo klubunun təcrübəli forvarda olan təxminən 20 milyon dollar civarındakı ödənilməmiş borcudur. Sezar pizza

Depay "Korintians"da çıxış etdiyi dövrdə maaş, xüsusi bonuslar və imic hüquqları üzrə ödənişlərin mütəmadi olaraq gecikdirildiyini bildirib.

Niderlandlı futbolçunun hüquqi nümayəndələri ödənilməmiş məbləğin, eləcə də müqavilə şərtlərinin pozulmasına görə qanuni faiz və təzminatların tam şəkildə ödənilməsini tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!