Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

Rəqəmsal

22 Oktyabr 2024 10:28 4837


Azercell “Kitab Klubu” layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir. Şirkət bu təşəbbüs çərçivəsində oktyabr ayının 25-də xüsusi tədbir keçirəcək. Tədbirin qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir olacaqlar. 

Qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkməyə müvəffəq olan “Əqrəb” romanı və kitab əsasında ərsəyə gələn Azərbaycan serialı “Əqrəb mövsümü” haqqında danışacaqlar. 

Tədbirdə tanınmış simalarla yanaşı, Azercell-in “Kitab Klubu”nun üzvləri də iştirak edərək “Bookmate” və “Litres” platformalarında yerləşdirilmiş əsərlərdən parçalar səsləndirəcəklər.  Dördpendirli pizza

“Kitab Klubu”nun qonağı olmaq və “Homy Brasserie” kafesində keçiriləcək ədəbiyyat axşamında iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/4BerPc1me6


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!