“Messi ilə Baləlinin mahiyyət qohumluğu...” - Yazıçıdan QALMAQALLI AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Messi ilə Baləlinin mahiyyət qohumluğu...” - Yazıçıdan QALMAQALLI AÇIQLAMA

Sosial

19 İyun 2026 15:11 417


“Saytlardakı dostlardan biri dünya çempionatı ilə bağlı sual atıb mənə, baxıb-baxmıram deyə, özünə dərhal səs atdım. Səsimin sosial-fəlsəfi əhəmiyyətini nəzər alıb sizinlə də bölüşürəm”.

"Yeni Sabah" xəbər verir ki, bunu yazıçı Şərif Ağayar sosial hesabında yazıb. O, qeyd edib ki, jurnalistə aşağıdakı formada cavab göndərib:

“Kimsəsiz bir adaya düşəm, bircə monitor ola, orada da dünya çempionatı gedə, başımı qaldırıb hesaba belə baxmaram!”. Toyuqlu pizza

Ş. Ağayar daha sonra fikrini belə davam etdirib:

Adam yəqin şoka düşdü. Futbolun mənim üçün bu qədər mənasız olduğuna inanmaz hər halda. Hərdən özüm də inanmıram.

Xüsusilə bir azərbaycanlı düşüncə sahibinin futbola hay-küylə azarkeşlik eləməsi mənə çatmır. Bu qədərmi qayğısız, rahat və bekardırlar?

Bilmirəm Tanrı futbolun düşük, mənasız, üstəlik, zərərli bir oyun olmasının sirrini mənim üçün niyə belə tez açdı? Niyə Messi ilə Baləlinin mahiyyət qohumluğunu görmək yalnız mənə qismət oldu? Günahım nə idi?

Dünya biabırçı şəkildə ifşa olunduqca adam dərin sarsıntılar yaşayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!