Messi MLS-in bombardirlər yarışında liderliyə yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Messi MLS-in bombardirlər yarışında liderliyə yüksəldi

İdman

13 Sentyabr 2026 11:01 105


Səkkiz dəfə "Qızıl top" sahibi olan argentinalı hücumçu Lionel Messi MLS-in ("Major League Soccer") müntəzəm çempionatının "Neşvill"ə qarşı ev oyununda (2:2) qol vurub.

"Yeni Sabah" xəbər verir ki, Messi bu mövsümdə 19-cu, karyerasında isə 928-ci qolunu vurub.

Nəticədə Messi çempionatın bombardirlər yarışında vahid liderə çevrilib. O, 18 qol vuran "Dallas"ın futbolçusu Petar Musanı qabaqlayıb. Marqarita pizza

Messi MLS-də ardıcıl qol vurduğu oyunların sayını yeddiyə çatdırıb. Bu müddət ərzində onun hesabında 7 qol və 4 məhsuldar ötürmə olub.

"İnter Mayami" 25 oyundan sonra 45 xalla Şərq Konfransının turnir cədvəlində ikincdir. "Neşvill" isə 54 xalla liderdir.

MLS-in növbəti oyununda "İnter Mayami" sentyabrın 21-də "San Dieqo"nu qəbul edəcək. "Neşvill" isə bir gün əvvəl evdə "Çikaqo" ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!