Lionel Messi atasının dəfn mərasimində şəxsi həyatına müdaxilə edildiyini düşünür.
“Yeni Sabah” xəbər verir ki, argentinalı futbolçunun yaxın günlərdə mərasim zamanı çəkiliş aparan və ailənin şəxsi məkanına daxil olmağa çalışan media nümayəndələrinə qarşı hüquqi addım ata biləcəyi bildirilir.
Məlumata görə, bu barədə jurnalist Fran Kasaretto “X” sosial şəbəkəsində paylaşım edib. Onun iddiasına əsasən, Messi şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı məhkəməyə müraciət etməyi nəzərdən keçirir. Toyuqlu pizza
Söhbət futbolçunun atası Xorxe Messinin dəfn mərasimindən gedir. 68 yaşında vəfat edən Xorxenin dəfn mərasimi avqustun 9-da Argentinanın Rosario şəhərində qapalı şəkildə keçirilib. Lionel Messi mərasimə həyat yoldaşı Antonela Rokusso və üç övladı ilə qatılıb.
Dəfn mərasimi zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və ailənin şəxsi məkanının qorunmasına xüsusi diqqət yetirilib. Yerli və beynəlxalq mediada yayılan görüntülərdə Messi ailəsinin mərasimə mümkün qədər məxfi şəkildə qatılmağa çalışdığı bildirilib.
Xorxe Messi uzun illər oğlunun karyerasında mühüm rol oynayıb. O, Lionel Messinin meneceri kimi fəaliyyət göstərib və futbolçunun peşəkar karyerasının formalaşdığı ilk dövrlərdən etibarən yanında olub.
Xorxenin səhhəti ilə bağlı məlumatlar isə son aylarda dəfələrlə gündəmə gəlib. Ailə iyun ayında onun səhhətində problem olduğunu açıqlayaraq yayılan şayiələrə qarşı çıxmış və yalnız ailənin rəsmi kanallarından verilən məlumatlara inanılmasını istəyib. Həmin dövrdə Xorxenin vəfat etməsi barədə yayılan yanlış məlumat Argentinada ciddi narazılığa səbəb olmuşdu.
Əsmətxanım Rzazadə
Telegram kanalımız